Xaricdə Azərbaycan haqqında - Videoreportaj

Xaricdə Azərbaycan haqqında - Videoreportaj

Özbəkistanın UzA Milli İnformasiya Agentliyi öz səhifəsində Azərbaycan haqqında videoreportaj yerləşdirib. Bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu təşkil olunub, onlar Bakını və regionlarımızı gəzib, materiallar hazırlayıblar. SİA-nın məlumatına görə, onların arasında olan jurnalist Nazira Boymuradova Novruz günlərində Bakının mərkəzində çəkilişlər aparıb, özbək və Azərbaycanın xalqlarının əbədi dostluğu, tarixi, müştərək mədəniyyəti, bugünkü əlaqələri haqqında məlumat verib.

Jurnalist sakinlərlə birgə Azərbaycan mahnıları oxuyub, qutab bişirilməsi prosesində iştirak edib. Videomaterialı bu linkdən izləmək olar: http://uza.uz/oz/world/olovlar-lkasi-ozarbayzhon-

Bütün xəbərlər Facebook səhifəmizdə