Alman musiqiçisi Petra Nachtmanova türk dünyasının musiqi aləti olan saz haqqında film çəkib. SİA-nın məlumatına görə, Berlində “Türk məhəlləsi” kimi tanınan Kreuzberqdə sazı dinlədiyini söyləyən filmin müəllifi deyib: “Sazın əfsanəvi ritmi məni heyran etdi. Rejissor Stepan Talneau ilə birlikdə bu ovsunlayıcı musiqi aləti barədə film çəkdik”.
Qeyd edək ki, ekran əsərinin ilk nümayişi aprelin 5-də Türkiyədə keçirilən film festivalında baş tutacaq. Alman və fransız sənətçilərin birgə yaradıcılıq işi olan filminin çəkilişlərinə Berlində başlanılıb, sonrakı çəkilişlər Bosniya və Herseqovina, Albaniya, Bolqarıstan, Türkiyə, Gürcüstan və İranda aparılıb. P.Nachtmanova ekran əsərini musiqinin sehrli gücünü ifadə edən uzun bir hekayə və təsirli səyahət filmi olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB