Dahi Nəsimnin 650 illik yubileyi ilə əlaqədər müxtəlif tədbirlər keçirilməkdədir. Bu günlərdə Muğam Mərkəzində keçirilən Nəsimi gecəsi də yaddaşlarda gözəl xatirələrlə qaldı. SİA-nın məlumatına görə, gecə ilə bağlı fikirlərini böyüşən Nizami Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov bildirib ki, 1920-1930-cu illərdə Bakıda vaxtaşırı olaraq Şərq gecələri, Şərq konsertləri təşkil edilərdi: "İndi köhnə illərin yadigarı olan afişalara baxarkən həmin axşamları ən seçkin sənətkarların ifalarının bəzədiyinə şahid kəsilirsən. Asta-asta bu xoş ənənənin də bərpası səmtində işlər görülür. Muğam Mərkəzində keçirilən musiqili gecədə isə bir ilkə imza atıldı. Konsertdə yalnız Nəsimi qəzəllərindən ibarət muğamlar səsləndi. Cavan xanəndələrimiz Ehtiram Hüseynov, Babək Niftəliyev və Səbuhi İbayevin ifalarından öncə isə mən İmadəddin Nəsimi haqqında düşüncələrimi bölüşdüm. Əlbəttə ki, dahi Nəsimiyə aid gecələr davam edəcək və biz bundan xüsusi zövq alırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB