Heydər Əliyev Mərkəzində, aprelin 14-də tanınmış türkiyəli tarixçi, professor İlbər Ortaylının “Qafqaz tarixi” mövzusunda mühazirəsi keçiriləcək. SİA-nın məlumatına görə, mühazirədə hər iki ölkədən yazarlar iştirak edəcək.
Məlumat üçün bildirək ki, İlbər Ortaylı 1947-ci ildə anadan olub. Ankara Universitetinin siyasi biliklər fakültəsini və dil, tarix, coğrafiya fakültəsinin tarix bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 1979-cu ildə dosent, 1989-cu ildə isə professor olub.
O, bir çox elmi məqalələrin və kitabların müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB