Yuli Qusman təkzib etdi: Xəstəxanada deyiləm!

Yuli Qusman təkzib etdi: Xəstəxanada deyiləm!

Kinorejissor Yuli Qusman xəstəxanada olması barədə xəbərləri təkzib edib. AZƏRTAC xəbər verir ki, tanınmış kinorejissor onun ürəyində əməliyyat aparıldığı barədə yayılan informasiyanı da feyk xəbər adlandırıb. Bundan əvvəl Rusiyanın bir sıra KİV-i Yuli Qusmanın guya ürək əməliyyatı keçirməsi xəbərini yayıblar.

Y.Qusman TASS agentliyinə müsahibəsində deyib: “Mənə çoxlu zənglər olub, dostlarımı sakitləşdirmək, düşmənlərimi isə kədərləndirmək istəyirəm. Bu, indilərdə deyildiyi kimi, feyk xəbərdir”. O qeyd edib ki, bütün komandası ilə birlikdə 32-ci Rusiya milli kinematoqrafiya mükafatı “Nika”nın təqdimatı mərasiminin təşkili üzərində işləyir. “Hazırda biz məşq edirik, mən qonaqların, mətbuat nümayəndələrinin və dostların zənglərini cavablandırıram”, -deyə Y.Qusman əlavə edib.

Y.Qusmanın 1987-ci ildə əsasını qoyduğu “Nika” kino mükafatının təqdimat mərasimi martın 30-da “Russkaya pesnya” teatrında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə