Pantomima Teatrının sabiq aktyorları Pərviz Məmmədrzayev və Qurban Məsimovun yeni yaratdığı "Simsar" teatr studiyası ilk tamaşası ilə ictimaiyyətə təqdim olunacaq. Bu barədə SİA-ya "Simsar" teatr studiyasının və "Simsar Production"un direktoru İradə Nurəddinqızı məlumat verib.
O bildirib ki, teatr studiyasının açılışı "Vaqa" tamaşasının nümayişi ilə baş tutacaq: "Tamaşa yanvarın 27-də Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdiriləcək. Dörd müxtəlif səhnəcikdən ibarət olan pantomim tamaşa bir saat davam edəcək".
Teatr studiyasının ilk tamaşasına bilet satışı nəzərdə tutulmayıb. Həmin gün tamaşanı ancaq dəvətlilər izləyə biləcəklər. Dəvətlilər sırasında Pantomima Teatrının bədii rəhbəri Bəxtiyar Xanızadə, direktoru Elman Rəfiyev də var.
İradə Nurəddinqızı onu da qeyd edib ki, yeni yaradılan "Simsar" Teatr Studiyasının bədii rəhbəri uzun müddət Pantomima Teatrının aktyoru olmuş əməkdar artist Pərviz Məmmədrzayevdir. Pantomima Teatrının digər məşhur aktyorlarından biri olan Qurban Məsimov da yeni yaradılan teatr studiyasında aktyor və rejissor kimi işə başlayıb.
Teatr studiyasının direktoru vurğulayıb ki, hazırda teatr studiyası kimi yaradılan "Simsar"ın gələcəkdə teatr kimi fəaliyyət göstərməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB