Eldar Qasımov “Ogae Azerbaijan Award 2011”in qalibi olub- FOTO
Azərbaycanı "Eurovision-2011" müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparan 5 ifaçıdan biri olan Eldar Qasımov "Ogae Azerbaijan Award 2011"in qalibi olub. SİA-nın məlumatına görə, Azərbaycanın "Eurovision" üzrə rəsmi fan-klubu olan "Ogae Azerbaijan" tərəfindən elan olunan səsvermədə ən çox səsi E. Qasımov toplayıb.
"Ogae Azerbaijan"ın saytında aparılan səsvermədə 10 yarımfinalçı – İlhamə Qasımova, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova, Nigar Camal, Nurlan Növrəsli, Çingiz Mustafayev, Günay İbrahimli, Nikola Barklay, Arzum Xəlilova iştirak edib. E. Qasımov digər 9 ifaçını geridə qoyaraq "Ogae Azerbaijan Award 2011" mükafatının sahibi olub.
E. Qasımov bu mükafatı qazandığı üçün çox sevindiyini söyləyib: "Mənə səs verən hər kəsə minnətdarlığımı bildirirəm. Mənə inananların, dəstək olanların ümidini puç etməyəcəyəm. Məni birinci etdiyinizə görə təşəkkür edirəm. Bu, mənim üçün çox vacibdir".
Qeyd edək ki, mükafatın təqdimatının fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB