İncəsənətin bütün sahaləri böyük istedad və bacarıq tələb edir. İncəsənətin bir qolu olan rəsm sahəsi də olduqca çoxyönlü inkişaf edib. Bu inkişafdan bəhrələnən rəssamlardan biri də çimərlik rəssamı Andreas Amadorundur. Ona lazım ona lazım olan əsas mühit isə dəniz kənarıdır. SİA-nın məlumatına görə, San-Fransiskolu landşaft rəssamı öz əsərlərini yaş qum üzərində böyük məharətlə yaradır.
Andreas hər yeni əsər üzərində işləməyə onun üçün səth seçimindən başlayır. Bunun üçün İnternet vasitəsilə ən yaxşı çimərlikləri səylə gözdən keçirir. Sonra eskizlər yaradır, hesablamalar aparır, əsərin qaralama variantını hazırlayır. Yalnız bundan sonra çimərliyə gedir. Fırça yerinə adi avarlardan istidə edir. O, yalnız çəkilmə zamanı işləyir. Qabarmadan sonra isə onun şedevrlərindən ancaq internetdə yerləşdirilən fotolar qalır. Rəssam deyir ki, mən çalışmağa həndəsi fiqurlardan başlamışam: "Onlar yaxşı öyrənilib və mədəniyyətin bütün tarixi ərzində geniş istifadə olunub. Qədim memarlıq mənim ilham mənbəyimdir. Çimərliklərdə dairələr çəkirdim. Sonralar ətraf aləm məndə yaradıcılıq şövqü oyatdı və mən natural dizayn aləminə baş vurdum”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB