Mahatma Qandinin 150 illiyi qeyd olunub - TƏDBİR

Mahatma Qandinin 150 illiyi qeyd olunub - TƏDBİR

Hindistanın siyasi və ictimai xadimi Mahatma Qandinin anadan olmasının 150 illiyi münasibətilə rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçiirlib. Məlumat üçün bildirək ki, sərgi Hindistanın ölkəmizdəki səfirliyinin SANGAT İctimai-Mədəniyyət Təşkilatı və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə təşkil olunub. Sərgidə Mahatma Qandinin portretini əks etdirən 50-dək sənət əsəri nümayiş olunur.

Qeyd edək ki, sərgi aprelin 2-nə qədər ziyarətçilər üçün açıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə