Məşhur kaman ustası Bakıya gəlir

Mayın 25-də dünyaca məşhur kamança ifaçısı, dərin melodiyaların ustadı, əfsanəvi Mark Eliyahunun Heydər Əliyev Sarayında konserti keçiriləcək. SİA-nın məlumatına görə, Mark Eliyahu 20 il öncə kaman ustası Habil Əliyevin ifasına qulaq asır.

Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. Markın ifa etdiyi kamança Habil Əliyev tərəfindən ona hədiyyədir. Bu günə qədər o, Habil Əliyevin kamançasında ifa edir.

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.azsaytından əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə