“Pedaqoji fikir tarixindən”adlı toplu nəşr olundu

“Pedaqoji fikir tarixindən”adlı toplu nəşr olundu

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2019-cu il üzrə Tədbirlər Planına əsasən “Pedaqoji fikir tarixindən” adlı kitab nəşr olunub. SİA-nın verdiyi məlumata görə, kitabda Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, publisist-politoloq Reyhan Mirzəzadənin “Uşinskinin, Çerniyayevskinin, Suxomlininskinin əziz xatirəsinə” və “Pedaqogikada misli görünməmiş təcrübə” (A.S.Makarenko) haqqında məqalələri nəşr edilib.

Bundan başqa, topluda Maksim Qorkinin, Cəlil Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Eynəli bəy Sultanovun, Məhəmməd ağa Şahtaxtlının və Məmməd Səid Ordubadinin əsərlərindən seçmələr də yer alıb.

Kitab Naxçıvan Muxtar Respublikasının “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində 10 min nüsxə tirajla nəşr edilib.

Yaxın günlərdə M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Reyhan Mirzəzadə ilə oxucu konfransı keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə