Cəlilabadda qiymətli tarixi əşyalar aşkarlandı - VİDEO

Cəlilabadda qiymətli tarixi əşyalar aşkarlandı - VİDEO

Cəlilabadda kənd sakinləri təsərrüfat işləri görərkən maraqlı maddi mədəniyyət nümunələri aşkar ediblər. Bunlar arasında ən maraqlısı dəmirdən hazırlanmış döyüş baltasıdır.

SİA-nın xəbərinə görə, son günlərdə əldə olunan nümunələrin əksəriyyətini kənd sakinləri təsərrüfat işləri görərkən aşkar ediblər. Belə ki, rayonun Şatırlı kəndində aşkarlanmış maddi- mədəniyyət nümunələrinin əksəriyyəti daşdan hazırlanmış əşyalardır. Onlardan birinin üzərində xüsusi damğa var ki, tarixçilərin sözlərinə görə bu adam mənasını ifadə edir. Tarixi mənbələrdə bu tip nümunələrə Altay və şərqi Anadolu əraziləri boyunca da rast gəlinir. Əşyaların üzərindəki işarələrdən burada yaşayan aborigen tayfaların türklər olduğun deməyə əsas verir.

Tapıntılar arasında ən maraqlısı isə dəmirdən olan döyüş baltasıdır. İndiyə kimi Cəlilabad rayonunda dəmirdən müxtəlif tip alətlər tapılsa da döyüş baltasının tapılması ilk hadisədir.

Tarixi məlumatlara görə, qədimdə silah qismində istifadə olunan alət 5-8-ci əsrlərə aiddir. Tapılmış tarixi nümunələr Cəlilabad tarix diyarşünaslıq muzeyinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə