Məşhur amerikalı kinorejissor Tim Uolter Bertonun “Dambo” adlı yeni filmində əsas rollardan birini ifa edən aktrisa Yeva Qrin hesab edir ki, sirk tamaşalarında heyvanlar iştirak etməməlidir. SİA-nın məlumatına görə, aktrisa bunu TASS agentliyinə müsahibəsində bildirib: “Bizim filmin heyvanlar çıxış etməyən sirkin tərəfində olması mənim xoşuma gəlir. Məncə, sirklərdə yalnız insanlar çıxış etməlidirlər. Məsələn, götürək “Cirque du Soleil” sirkini. Hər şey necə də gözəldir, əsl magiyadır. Hamımız istəyirik ki, heyvanlar xoşbəxt olsun, əziyyət çəkməsinlər”.
Film Dambo adlı fil balası haqqındadır. Sirkin sahibi Maks Mediçi (Denni De Vito) yenicə doğulmuş fil balasının qəyyumluğunu iki uşağa (Niko Parker və Finli Hobbins) tapşırır. Lakin bu qeyri-adi fil balası sahibkar Venderveri də (Maykl Kiton) maraqlandırır. O, öz şousunda Dambodan istifadə etmək istəyir...
Qeyd edək ki, heyvanları müdafiə hərəkatının üzvləri sirklərdə heyvanlardan istifadə olunmasına qarşı daim mübarizə aparırlar. Avropanın, demək olar, bütün ərazisində, Cənubi Amerika ölkələrinin çoxunda və ABŞ ştatlarının yarısından bir qədər azında heyvanların sirklərdə çıxışı qadağan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB