Xətaidə Novruz şənlikləri davam edir FOTOLAR

Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xətai rayonundakı Heydər Əliyev parkında Novruz Bayramına həsr olunmuş bayram şənlikləri davam edir. SİA-nın verdiyi məlumata görə, növbəti bayram şənliyində Xətai rayon İcra Hakimiyyətinin Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Rafiq Quluyev, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Elgin Həbibullayev, rayon İcra Hakimiyyətinin Başçısı Aparatının, rayon bələdiyyəsinin, orta ümumtəhsil, səhiyyə, mədəniyyət və digər idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri iştirak ediblər. Bayram şənliyində tamaşaçılara məhşur sənətçilərin, tanınmış və sevilən musiqi qruplarının, açıqların iştirakı ilə konsert proqramı təqdim olunub.

Kəndirbazların çıxışlarını iştirakçılar, xüsusilə uşaq və yeniyetmələr böyük maraqla qarşıladılar. Novruz tonqalı şənliyə əsl bayram ab-havası gətirib.

Bayram şənliyi iştirakçıları üçün təşkil edilmiş ödənişsiz ictimai iaşə xidməti tədbirin cazibədarlığını və rayon sakinlərinin tədbirə olan marağını daha da artırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə