"Sərgidə istirak etdik və əl işlərini qiymətləndirdik" - ÖZƏL

Təbiidir ki, Novruz bayramı ərəfəsində milli geyimlərə daha çox müraciət olunur. Milli geyimlərimizin qorunması, hazırlanması və təbliği istiqamətində bir çox uğurlu addımlar atan tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın geyimləri Novruz bayramında ən çox müraciət olunan geyimlərdəndir. Novruz tədbirləri ilə bərabər, bir çox sərgilərdə Günlarə xanım münsiflər heyəti kimi iştirak edir. SİA-nın məlumatına görə, tanınmış dizayner iştirak etdiyi maraqlı sərgi barədə bunları deyib: "Baki İdarəetme və Texnologiya Kollecinde Novruz bayramı münasibəti ilə kecirilən “Zərgərlik, Dizayn, Geyimlərin modelləsdirilməsi və konstruksiya edilməsi” ixtisasları üzrə təhsil alan tələbələrin əl islərindən ibarət sərgi təşkil olundu. Sərgidə istirak etdik və əl işlərini qiymətləndirdik. Olduqca maraqlı və zövqlü əl işləri var idi. Kollecin direktoru Faiq Sahbazlıya bizi dəvət etdiyinə görə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə