Nazir mədəniyyət sahəsindəki islahatlardan danışıb

Nazir mədəniyyət sahəsindəki islahatlardan danışıb

Mədəniyyət naziri Azərbaycan Televiziyasının “Günün nəbzi” proqramına müsahibə verib. SİA-nın məlumatına görə, müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılan məsələlər, həmin görüşdə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi, eləcə də cənab Prezidentin son günlər mədəniyyətlə bağlı imzaladığı Sərəncamlar barədə ətraflı söhbət açılmışdır.

Əbülfəs Qarayev, həmçinin mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar, dövlətin bu sahəyə diqqət və qayğısı, ölkə başçısının bu il yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın icrası barədə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə