İstiqlal Muzeyində “Lalələr” Sərgi

İstiqlal Muzeyində “Lalələr” Sərgi

Martın 15-də, saat 12-00-da Azərbaycan İstiqlal Muzeyində Novruz bayramı ilə əlaqədar “Lalələr” adlı tədbir-sərgi keçiriləcək. Təşkil olunacaq sərgidə həvəskar rəssamlar Lalə Nəcəfova, Lalə Xanlarova və Elçin Nəcəfovun 80-ə qədər əl işi nümayiş etdiriləcək. Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının kollektivinin hazırladığı musiqili bədii hissə nümayiş etdiriləcək.

Tədbirdə şəhid ailələri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyanın əsgərləri, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə