İlaxır çərşənbələrin üçüncüsü, xalq arasında “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi Balakən rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. SİA-nın müxbiri xəbər verir ki, rayonun Qabaqçöl qəsəbəsinin mərkəzindəki meydanda keçirilən şənlik bayram tonqalının alovlandırılması ilə başlayıb.
Sonra rayon rəhbərliyi və qonaqlar xalq tətbiqi sənət nümunələrindən ibarət sərgilərə baxıb, milli mətbəx və folklor nümunələri ilə tanış olublar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, rayon ziyalıları çıxış edərək, balakənliləri bayram münasibətilə təbrik edib, həmvətənlərimizə sevinc dolu günlər, bolluq, bərəkət arzulayıblar.
Bayram şənliyində rayonun folklor və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarını əyləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB