Akademik: "Dövlətimiz tərəfindən Nəsimi irsi layiqincə qiymətləndirilib" - ÖZƏL

Akademik: "Dövlətimiz tərəfindən Nəsimi irsi layiqincə qiymətləndirilib" - ÖZƏL

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov İstanbulda keçirilən "Nəsimi İli" tədbirlərində iştirak edib. SİA-ya verdiyi açıqlamada akademik belə tədbirlərin böyük əhəmiyyətindən danışıb.O, bildirib ki, tədbirdə Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsimi yaradıcılığı haqqında məlumat verib: " Tədbir olduqca gözəl keçdi. Nəsimi yaradıcılığının dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Böyük mütəfəkkir 650 il öncə yaşayıb-yaratmasına baxmayaraq, yazdığı əsərlər ana dilimizi və bədii sözümüzü zirvələrə qaldırlr. Dövlətimiz tərəfindən Nəsimi irsi layiqincə qiymətləndirilib. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxı şəhərlərində, habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat Festivalı keçirilib.Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, bu ilin “Nəsimi ili” elan edilməsi şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə