"Dövlətimiz kinematoqrafiyanın inkişafına böyük diqqət göstərir" - AÇIQLAMA

"Dövlətimiz kinematoqrafiyanın inkişafına böyük diqqət göstərir" - AÇIQLAMA

"Azərbaycan dövləti kinematoqrafiyanın inkişafına böyük diqqət göstərir. Prezident İlham Əliyev tərəfindən bu il martın 1-də imzalanmış “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam bunu daha bir təsdiq etdi. Azərbaycanın kino xadimləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdardırlar". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova deyib.

O, əlavə edib ki, kinematoqrafiyamızın vəziyyəti, qarşıda duran planlar, kino sənətində ilk addımlarını atan rejissor və aktyorların dəstəklənməsi və digər məsələlər daim diqqətdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə