“12-ci gecə, yaxud hər nə istəsəniz“ - PREMYERA

“12-ci gecə, yaxud hər nə istəsəniz“ - PREMYERA

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz“ əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. SİA-nın məlumata görə, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.

Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, əməkdar artist Ayşad Məmmədov, aktyor Ziya Ağa, əməkdar artist Aslan Şirin, aktyorlar Vüsal Mustafayev və Rəşad Bəxtiyarov, əməkdar artist Məsmə Aslanqızı, aktyorlar İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Əlif Cahangirov çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə