"Ölkə başçısı mədəniyyətin inkişafına xüsusi önəm verir" - ÖZƏL
“Prezident İlham Əliyevin ölkəmizdə teatr və kino xadimləri ilə görüşü və onların qaldırdığı məsələlərə həssaslıqla yanaşması bir daha ölkə başçısının teatrımızın, kinomuzun, ümumilikdə mədəniyyətimizin yanında olduğunu göstərdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sona Əliyeva deyib.
O, bildirib ki, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsinə olan diqqəti yaradıcı insanalara böyük stimuldur: "Bundan başqa, bu diqqət Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bildiyiniz kimi, Prezident Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb və teatrların inkişafına lazımi vəsait ayrılıb. Ölkə başçısı mədəniyyətin inkişafına xüsusi önəm verir. Cənab prezident “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” da Sərəncam imzalayıb və bütün bunlar ölkə rəhbərliyin hər zaman mədəniyyətimizin keşiyində olduğunun bariz nümunəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB