“Azərbaycan faciələrinin təqvimi”

“Azərbaycan faciələrinin təqvimi”
Kitab Klubunun Sərgi Salonunda Nazim Tapdıqoğlunun (Vəlişov) "Azərbaycan faciələrinin təqvimi" kitabının təqdimatı keçiriləcək. SİA-nın xəbərinə görə, "Azərbaycan faciələrinin təqvimi" hər bir azərbaycanlı üçün yaddaş kitabıdır. Tədqiqat səviyyəli bu kitabda başı tarixən min bir bəlalar çəkən Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciələrin təqvim tarixləri toplanılıb.

Kitabda təqvimin xronoloji ardıcıllıqla düzülən hər bir gününün müxtəlif faciəli hadisələri əks olunub. Kitab faciəli, eyni zamanda dəyərli tarixi keçmişini əks etdirən və bu səpkidə ürəklə, əsl vətənpərvərlik ruhu, türkçülük eşqi ilə yazılan ilk sistemli, universal nəşrdir. Müəllif hər təqvim gününün Azərbaycan xalqı üçün faciəli xarakter daşıdığını sübut etməyə çalışıb və buna demək olar ki, nail olub. Kitab müəllifin çap olunmuş sayca 34-cü kitabıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə