Azərbaycana gələn turistlərin sayı artıb - STATİSTİKA

Azərbaycana gələn turistlərin sayı artıb - STATİSTİKA

Keçən il Formula 1 yarışları ərəfəsində Azərbaycana gələn turistlərin sayında 6-8 faiz artım müşahidə edilib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Turizm Bürosunun rəsmisi Bəhruz Əsgərov deyib.

O, qeyd edib ki, cari ildən etibarən Azərbaycan Turizm Bürosu yeni turizm kampaniyasına başlayacaq: "Bu baxımdan, xüsusi marşrutlar hazırlanacaq. Belə ki, azarkeşlər adətən yarışla bağlı Bakıda 3-4 gün qalır. Onlara regionlarımızı da görmək üçün, ümumilikdə, 7 günlük turpaketlər təklif olunacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə