"Azərbaycanlılar arasında sıx birlik hissi hökm sürməlidir" - ÖZƏL
"Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvləri ilə Gürcüstandan olan bir qrup soydaşımızın görüşü keçirilib. Görüşdə soydaşlıq haqqında qanunun qəbul edilməsinin zəruriliyi vurğulanıb". Bu sözləri SİA-ya açıqlamasında tanınmış yazıçı İmir Məmmədli bildirib.
O, qeyd edib ki, bu, son dərəcə əhəmiyyətli məsələdir: "Bəşər tarixində indi elə mərhələ yaşanır ki, harda olmasından asılı olmayaraq, millətimizin bütün övladları arasında sıx birlik hissi hökm sürməlidir. Vaxtı ilə ulu öndər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsasını bu məqsədlə qoymuşdur. Soydaşlıq haqqında qanun həmin həmrəyliyin yüksək səviyyədə daha bir təsdiqi ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB