Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirib. SİA-ya açıqlamasında Xalq artisti Nəzakət Teymurova bildirib ki, görüş olduqca səmimi keçdi.
Ölkə rəhbəri və Birinci xanımın daim diqqətini hiss etdiklərini qeyd edən sənətkar əlavə edib ki, ölkə başçımızın mədəniyyət işçiləri ilə görüşü olduqca gözəl haldır: "Biz daim Prezidentimizin diqqət və qayğısını hiss etmişik. Muğam sənətinə, bütövlükdə incəsənətə Prezidentin xüsusi qayğısı var. Ölkə rəhbərliyi mədəniyyət sahəsini hər zaman yüksək qiymətləndirib. Bu gün həmin diqqəti, qayğı öz nəticəsini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyəti ən gözəl formada inkişaf etdi. Mehriban xanımın sayəsində muğam sənətimiz dünya səviyyəsində təqdim olunur. Prezidentin diqqəti bizə yeni yaradıcılıq həvəsi verir. Bu diqqət səhnə adamları üçün əvəzsizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB