Vaqif Mustafazadənin əsərləri Tbilisidə səslənib - FESTİVAL

Vaqif Mustafazadənin əsərləri Tbilisidə səslənib - FESTİVAL

Tbilisidə 22-ci “Tbilisi Big-Band & New Jazz Generation” konsert-caz festivalı keçirilir. SİA-nın məlumatına görə, müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi festival ilk dəfədir Tbilisi Böyük Konservatoriyasında təşkil olunub. Yaşlı və yeni nəsil musiqiçiləri tamaşaçılar üçün bir-birindən maraqlı caz kompozisiyaları təqdim ediblər. Tbilisi meriyasının “Biq-Bend” qrupu və məşhur gürcü ifaçıları səhnədə konservatoriyanın tələbələri ilə birlikdə məşhur caz musiqiləri səsləndiriblər.

Konsertdə Azərbaycan caz musiqisinin banisi Vaqif Mustafazadənin də əsərlərindən parçalar ifa olunub. “Event-Xoll” səhnəsinə əfsanəvi Amerikalı cazmen və gitara ifaçısı, 20 dəfə “Qremmi” mükafatının sahibi Pet Metini də çıxış edib. Qeyd edək ki, festival martın 2-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə