Muğam ifaçısı, Əməkdar artist Bəyimxanım Vəliyeva dünyaca məşhur kamança ustası Mark Eliyahu ilə bilikdə Azərbaycanın böyük şairi Məmmədhüseyn Şəhriyarın “Ulduz sayaraq” şeirini yeni tərzdə ifa ediblər. SİA-nın məlumatına görə, sözügedən mahnının bəstəkarı Mark Eliyahudır.
Məlumat üçün bildirək ki, 20 il öncə Xalq artisti, mərhum Habil Əliyevin kamança ilə ifasına qulaq asan M.Eliyahu, bundan təsirlənərək Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança ifaçılığını öyrənməyə başlayır. O, bu günədək Habil Əliyev tərəfindən ona hədiyyə edilən kamançada ifa edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB