Şabranda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş poeziya bayramı keçiriləcək. SİA-nın məlumatına görə, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Şabran Rayon İcra Hakimiyyətinin rayondakı mədəniyyət müəssisələri ilə birgə təşkil edəcəyi bayram tədbirinin iyun ayında keçirilməsi nəzərdə tutulub.
Şabrandakı Xaqani Şirvani adına poeziya evinin qarşısındakı meydanda təşkil olunacaq poeziya bayramında görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığından söz açılacaq. Tamaşaçılar bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış İmadəddin Nəsimiyə həsr olunmuş ədəbi-bədii kompazisiyaları və maraqlı konsert proqramını izləmək imkanı qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB