Bu gün Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə tar alətinin yaranma tarixi, inkişaf mərhələləri, görkəmli tarzənlər, ifaçılıq sənətinin gələcək perspektivləri, tarın təkmilləşdirilməsi və bərpası kimi mövzularda məruzələr dinləniləcək.
Qeyd edək ki, tədbir Muğam Mərkəzi və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB