Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə çəkilən videoçarxda rol alıb. 1992-ci ildə baş vermiş dəhşətli faciədən kiçik bir hissəni özündə əks etdirən çarx “Ana harayı” adlanır. Sosial çarxda aktrisa övladını düşməndən qorumaq üçün istəmədən öldürmək məcburiyyətində qalan ana obrazını canlandırıb.
Qeyd edək ki, “Ana harayı” adlı sosial çarxın rejissoru Nadir Mahmudov, ideya müəllifi Orxan Cahangir, operatoru isə Vüsal Cəfərovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə