Meksikanın ən nüfuzlu festivallarından olan və dünyanın məşhur Hollivud ulduzlarının qatıldığı III Rosarito Film Festivalında Azərbaycanın iki filmi - “Şollerin arxivi” “Ən yaxşı ssenari”, “Edam günü” isə “Ən yaxşı direktor” kateqoriyası üzrə qalib seçilib. SİA-nın məlumatına görə, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Orucova, aktyor Mətləb Təhmazi və başqaları rol alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB