“Əsgər papağı” - ANIM

Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası göstərilib. SİA-nın məlumatına görə, səhnə əsəri Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru Əməkdar artisti Loğman Kərimovdur. Tamaşada erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə