“Nəsimi ili - Nəsimi dili” LAYİHƏ

“Nəsimi ili - Nəsimi dili” LAYİHƏ

Bakı Uşaq Teatrı “Bir teatr, bir festival” layihəsi çərçivəsində üçüncü “Bizim teatr festivalı”nı “Nəsimi ili”nə həsr edəcək. SİA-nın məlumatına görə, festival Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşacaq. Layihə “Nəsimi ili - Nəsimi dili” adlandırılacaq. Festivalın aprelin 12-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.

Festivalda əsasən, Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək. Bununla yanaşı, başqa teatrların aktyorları da festivala qatılmaq üçün müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə