Azərbaycan Dövlət Musiqili teatrında Gənclər və İdman Nazirliyi tərəfindən “Xocalıya ədalət kampaniyası” çərçivəsində "Qara qar çiçəyi" hekayəsi əsasında tamaşa təqdim edilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Dövlət rəsmiləri, Milli Məclisin üzvləri və digər qonaqlar iştirak ediblər. "Qara qar çiçəyi" hekayəsi əsasında hazırlanan tamaşanın müəllifləri Yefim Abramov (İzrail) və Leyla Bəyim Cəfərova, rejissoru xalq artisti Vaqif Əsədovdur. Əsər 2017-ci ildə Londonda Xocalı faciəsi ilə bağlı keçirilən beynəlxalq müsabiqədə qalib gəlmişdir.
Tamaşa Xocalı soyqırım qurbanlarının xatirəsinin yüksək səviyyədə qeyd edilməsi və Faciənin 27-ci ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 fevral 2019-cu il tarixdə imzalanmış müvafiq Sərəncamı əsasında gerçəkləşdirilmişdir. Tamaşa, Sərəncamdan irəli gələn müddəaları təmin etmək və eyni zamanda, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına (gənclər arasında vətənpərvərlik, dövlətçilik,milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması) müvafiq olaraq keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB