" Xocalı soyqırımı əsrin faciəsidir. Bu qara günə Azərbaycan tarixinin qanlı səhifəsi də demək olar. Bu günü nə biz, nə də yerlər, göylər unutmaz". Bu sözləri SİA-ya açıqlamasında bəstəkar Sevinc Tofiqqızı bildirib.
O, əlavə edib ki, Xocalı bizim sağalmaz yaramızdır: "Qürurunun önündə baş əyirəm millətimin. Mənim Vətənpərvərlik mövzusunda çox sayda mahnılarım var: eləcə də Xocalı ilə bağlı. Azərbaycan bir anadırsa Qarabağ əsir qızı, Xocalı isə bətnində öldürülmüş körpəsidir. Bu vəhşətdə başın sağ olsun deməyə yiyəsi olmayan 8 nəslin faciəsinin, analı-atalı, nənəli-babalı işgəncə ilə öldürülən körpələrin qisasını Allah gözümüzdə qoymasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB