Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqonologiya və akustika” adlı növbəti elmi seminarı keçirilib. SİA-nın məlumatına görə, seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr edilmiş məruzə ilə çıxış edib.
Elmi seminar çərçivəsində bəstəkarın arxiv materialları əsasında yaradıcılığına bir daha nəzər salınaraq, yeni dərc olunmuş “Tofiq Quliyevin yaradıcılığında melodik xüsusiyyətlər” adlı dərs vəsaitinin təqdimatı olub.
Dərs vəsaiti uzun illər aparılmış xüsusi elmi- tədqiqat işi olaraq, arxiv materialları əsasında görkəmli bəstəkarın yaradıcılığının və xüsusən də musiqi dilinin melodik xüsusiyyətlərinin elmi tədqiqininə həsr edilib. Təqdim olunan dərs vəsaitində bəstəkarın bu günə kimi tədqiq olunmayan bir sıra əsərlərinin elmi-nəzəri təhlili verilib.
Seminarda BMA-nın elmi laboratoriyasının əməkdaşları ilə yanaşı, Bakı Slavyan Universitetinin tələbə və müəllim heyəti də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB