Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində təşkil olunan “Fəryad” sərgisində Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edib. SİA-nın məlumatına görə, o, bildirib ki, insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi yeddi il keçir: "Xalqımız bu faciəni heç zaman unutmayacaq. Ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımlara dünya birliyinin ədalətsiz, ikili standartlarla yanaşır. BMT tərəfindən qəbul edilmiş qətnamələrə hələ də riayət olunmur. Biz- hər birimiz öz sahəmizdə əlimizdən gələni etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB