Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Xocalı həftəsi”nə dair silsilə tədbirlər keçirilir. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasında Xalq rəssamı Xanlar Əhmədovun Xocalı soyqırımına həsr olunmuş “Fəryad” adlı fərdi sərgisi nümayiş olunub. Sərginin açılışında Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edib. O, BXA-da “Xocalı həftəsi” çərçivəsində keçirilmiş bütün tədbirləri yüksək qiymətləndirib və onları gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüyüb, tərbiyə olunmasına töhfə olduğunu bildirib.
Həmçinin, akademiyanın tam orta məktəbinin şagirdləri tərəfindən Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş “Başını dik tut, Vətən oğlu” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri tam orta məktəbin direktoru Bəşarət Hüseynova açaraq Xocalı faciəsi barədə məlumat verib.
Sonra faciənin canlı şahidləri acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbir ədəbi-bədii hissəsində “Ağla qərənfil”, “Xocalı faciəsi” rəqsləri ifa edilib, soyqırımına həsr olunmuş şeirlər söylənilib və “Xocalıların həyatında bir gecə” səhnəciyi nümayiş olunub.
“Xocalı həftəsi” çərçivəsində Bakı Xoreoqrafiya Akademiyası kollecinin tələbələri tərəfindən dəyirmi masa da keçirilib. Dəyirmi masada kollecin direktoru Aynur Hüseynova çıxış edərək Ermənistanın işğalı zamanı Azərbaycana vurulmuş maddi və mənəvi zərərdən danışıb və ermənilər tərəfindən xalqımıza qarşı dəfələrlə soyqırımı törədilməsi vurğulanıb.
Sonda tələbələr “1992”, “Qan yaddaşımız”, “Tariximizin qara səhifəsi”, “Xocalıya ədalət”, “Qanlı fevral gecəsi”, “Xocalını unutma!” adlı məruzələrlə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB