Ömər Eldarovun Almaniyada sərgisi keçirilib

Ömər Eldarovun Almaniyada sərgisi keçirilib
Yanvarın 16-da Almaniyanın Berlin şəhərində Azərbaycanın görkəmli heykəltəraşı Ömər Eldarovun sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi Almaniyanın "Berlin-Bakı" qalereyasında baş tutub.

Sərgidə Ömər Eldarovun ən məşhur heykəllərinin fotoları nümayiş etdirilib. Böyük marağa səbəb olan sərgidə Azərbaycanın və Almaniyanın tanınmış simaları da iştirak ediblər. Sərginin təşkilində tanınmış bəstəkar Hüseyn Abullayev də yaxından iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə