"Xocalı soyqırımını törədənlər layiqli cəzalarına çatmalıdırlar" ÖZƏL

"Xocalı soyqırımını törədənlər layiqli cəzalarına çatmalıdırlar" ÖZƏL

"Azərbaycanlılara qarşı xüsusi amansızlıqla hazırlanmış və törədilmiş Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərək, sakinlərə qarşı amansızcasına soyqırım törədildi. Xocalıya hücumdan əvvəl, fevralın 25-i axşamdan toplardan və ağır zirehli texnikadan şəhəri şiddətli atəşə tutulmağa başlamışdılar". Bu sözləri SİA-ya açıqlamasında professor, ADBTİA-nın prorektoru Yusif Babanlı deyib.

Professor şəhid şəhər Xocalıda törədilmiş vəhşilikləri bir daha xatırladaraq qeyd edib ki, nəticədə şəhərdə güclü yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünüb: "Xocalı soyqırımı haqqında dünyaya səs salmaq, bu amansız qətliamı, erməni vəşiliyinı dünya xalqlarına çatdırmaq üçün dövlət xeyli işlər görmüşdür. Ulu öndər Heydər Əliyev dövlət başçısı olduğu dövürlərdə Xocalı soyqırmının dünyaya çatdırılması üçün bütün gücündən istifadə etmişdir. Ulu öndər faciə ilə əlaqədar dünya ictimaiyyətinə və Azərbaycan xalqına müraciətində qeyd etmişdir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Artıq neçə ildir Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və bu vəşiliyi dünyaya çatdırmaq üçün “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də xeyli işlər görülmüşdür. Ölkə Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü xarici siyasəti sayəsində Xocalı həqiqətləri Azərbaycan xalqının başına gətirilən soyqırım daima dünya ictimayyətinin diqqətinə çatdırılır. Bu qətliam real qiymətin alacağı günə qədər biz əlimizdən gələni edəcəyik. Əsirlər boyu etnik təmizləmə və soyqırım cinayətləri baş vermişdir, lakin, onlardan ən dəhşətlisi məhz Xocalı soyqırımı oldu. Ona görədə bu vəhşilik, cinayət cəzasız qalmamalı, soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə