Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən təşkil olunan “Xocalıya ədalət” beynəlxalq kampaniyası dünyanın bir çox ölkələrində uğurla həyata keçirilməkdədir. “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Qarabağ mədəniyyətinin canlı yadigarı olan Şuşa Dövlət Musiqili Dram Teatrı da bu kompaniyaya qoşularaq fevralın 25–də Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar bir sıra anım mərasimləri keçirəcək. SİA-nın məlumatına görə, Azərbaycan Dillər Universiteti və Beynəlxalq Muğam Mərkəzində keçiriləcək anım mərasimində Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası nümayiş olunacaq.
Səhnə əsərində erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir. Tamaşanın quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mir Vüqar Nəsirovdur.
Bundan başqa, teatrın kollektivi Bakı Biznes Universitetində “Xocalım, ay Xocalım...” adlı ədəbi–bədii kompozisiya təqdim edəcək.
Kompozisiyanın hazırlanmasında Xalq şairi Zəlimxan Yaqub şeirlərindən, Qara Qarayev, Hacı Xanməmmədov, Polad Bülbüloğlu, Faiq Sücəddinovun bəstələrindən, Azərbaycan xalq musiqisindən, eləcə də videomateriallardan istifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB