"Dilimiz öz gözəlliyi, avazı və zənginliyi ilə seçilir" ÖZƏL

"Dilimiz öz gözəlliyi, avazı və zənginliyi ilə seçilir" ÖZƏL

Bu gün Azərbaycan Milli Kitabxanasında “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb. Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov bu əlamətdar günün tarixindən danışdı: "Ana dilimizin müqəddəs sərvətimiz, kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Dilimiz dünya dilləri içərisində öz gözəlliyi, avazı və zənginliyi ilə seçilir.Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması xalqımızın ümummilli lideri, dilimizin təəssübkeşi, qayğıkeşi olan Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Məhz onun verdiyi fərman və sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilmiş, Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər görülmüşdür".

Bütün xəbərlər Facebook səhifəmizdə