Əbülfəs Qarayev “Euronews” telekanalının rəhbərliyini qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan "Euronews" telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezani və telekanalın baş icraçı direktoru Filip Kaylanı qəbul edib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva məlumat verib.
Məlumata görə, görüşdə telekanalın 2011-ci ilin aprel ayında Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı qismində çıxış etməsi, tədbirin telekanal vasitəsilə yayımlanması və təbliğinə dair müzakirələr aparılıb.
Telekanalın baş icraçı direktoru Filip Kayla bu məsələlərə dair müsbət rəy bildirib. Qeyd olunub ki, "Euronews" telekanalına Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı "Tərəfdaşlıq təklifləri" göndərilib və hazırda həmin təkliflərin həyata keçirilməsi imkanları araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB