Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yenə də beynəlxalq müsabiqədə
Teatrın 100-cü mövsümünün ilk tamaşası olan Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının (rus bölməsi) qəhrəmanı Gülçöhrə – Yuliya Heydərova yanvarın 14-də Sankt-Peterburqa yola düşəcək. SİA-nın xəbərinə görə, özünəməxsus ifası ilə tamaşaçıları heyrətləndirən aparıcı solist Sankt-Peterburqda keçiriləcək "Raynsberq Sarayında kamera operası" adlı gənc opera ifaçılarının festivalında iştirak edəcək.
Solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabilliyyətinə malik olan Yuliya Heydərova artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır.
Qeyd edək ki, bu müsabiqə Musiqili Teatrların Beynəlxalq Assosasiyası tərəfindən keçirilir. Assosasiya 2004-cü il aprel ayının 12-də musiqili teatrlar şəbəkəsinin daha da inkişaf etməsi, onların yaradıcılığının dəstəklənməsi və inkişafı üçün mühüm tədbirlər həyata keçirmək məqsədi ilə yaradılıb. Hal-hazırda Assosasiyanın tərkibinə Azərbaycan da daxil olmaqla Rusiya, Belarusiya, Qazaxıstan, Ukrayna və s. dövlətlərdən 30-dan yuxarı teatr daxildir. Dövlət Musiqili Komediya Teatrı isə Beynəlxalq quruma daxil olan ilk Azərbaycan teatrıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB