Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin növbəti tədbiri keçirilib. SİA-nın məlumatına görə, Niyazinin ev muzeyində baş tutan tədbirdə əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Azər Dadaşovla görüş olub.
Bəstəkar Azər Dadaşovun yaradıcılığı haqqında musiqişünas, sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova ətraflı danışıb.
Bəstəkarın həyat və yaradıcılığını əks etdirən slayd şou nümayiş etdirilib, əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Bəstəkar onun yaradıcılığı ilə bağlı tamaşaçıları maraqlandıran sualları cavablandırıb.
Tədbirdə Klassik Musiqisevənlər Klubunun üzvləri, Bakı şəhərinin muzeylərinin əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri və başqaları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB