Əbülfəs Qarayev: "İslahatlar aparılacaq, ancaq..." - AÇIQLAMA
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu fikirləri mədəniyyət naziri Əbülfəs Qarayev Tovuz şəhərində vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında deyib.
Bildirib ki, aparılacaq islahatlarda, ilk növbədə, insan faktoru diqqətdə saxlanılacaq. “İnsanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət sahəsində işlərin təkmilləşdirilməsinə, müasir texnologiyaların tətbiqinə, ümumilikdə, işin səviyyəsinin yüksəldilməsinə xidmət edir”, - deyə nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB