Türkiyənin Bolu şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin bəstəkarlarının beşinci görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə Türkiyə, Qazaxıstan və Qaqauz Yeri Muxtar Ərazi Qurumundan (Moldova) olan el sənətkarları da iştirak edirlər. Görüşdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu şəhərinin Seben Bələdiyyəsinin sədri Süleyman Özbağ, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Baynur Qydyrbekin çıxışları olub.
Çıxışlarda TÜRKSOY-un “bəstəkarların görüşü” layihəsinin əhəmiyyətindən, o cümlədən Boludan keçirilən tədbirin mahiyyəti və vəzifələrindən danışılıb.
Sonra Aşıq Veysəl yaradıcılığına həsr olunan bədii proqram təqdim olunub.
Fevralın 15-dək davam edəcək görüşdə “Aşıq Veysəl ili-2019” tədbirlərinə bədii hazırlıq işləri görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB