"Mübariz İbrahimov öz şücaəti ilə dastan yazıb" - Özəl- Münasibət
Milli Qəhrəman, Azərbaycanın igid oğlu Mübariz İbrahimovun xatirəsi daim əziz tutulacaq. O, öz ömrü, döyüş yolu ilə bütün xalqımızın, Azərbaycan gənclərinin qürur yerinə çevrildi. Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) gənc üzvü, "Sport Time" jurnalının redaktoru Fidan Bağırova deyib.
Redaktor bildirib ki, Mübariz İbrahimov öz şücaəti ilə dastan yazıb: "Onun qəhrəmanlığı biz gənclərə qürur verir. Mübariz kimi qeyrətli oğulları olan Vətən mütləq qələbə qazanacaq. Mübariz İbrahimov erməni terroristlərinə sübut etdi ki, biz Azərbaycanlıyıq. O, sübut etdi ki, Azərbaycan ordusu nəyə qadirdir və bir azırbaycanlı əsgər 100 erməni dığasını məhv edə bilər. Onun valideynlərinə yazdığı məktub da çox təsirlidir. Məktubda Mübarizin necə gözəl ürək daşıdığına şahid oluruq. Mübariz İbrahimovun döyüş yoldaşları, ailəsi onun barəsində qürurla danışırlar. Biz qəhrəmanımızla fəxr edirik. Mübariz adı kimi mübariz olub. Onun adı, qəhrəmalığı tarix boyu bütün nəsillərə örnək olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB