Tanınmış İsrail müğənnisi Bakıda konsert verəcək

Tanınmış İsrail müğənnisi Bakıda konsert verəcək

Azərbaycan Dövlət Rus Dram Teatrında tanınmış İsrail müğənnisi, flamenko üslubunda ifa edən Şimon Siboni konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, martın 27-də paytaxtımızda ilk dəfə qastrol səfərində olan müğənni Covanni Kapurro, Osvaldo Farres, Luçano Pavarotti, Enriko Karuzo və digər məşhur ifaçıların repertuarından ivrit, ispan və fransız dillərində musiqilər ifa edəcək. Qeyd edək ki, Ş.Siboni Mərakeşin Kasablanka şəhərində anadan olub. Dünyanın bir çox ölkələrində konsert proqramı ilə çıxış edən müğənniyə güclü səsinə görə “ikinci Karuzo” ləqəbi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə